Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək. SIA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qurultay Türkiyənin yerli vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq. Qeyd edək ki, sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B. Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə. Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB