Hindistanın Himaçal-Pradeş ştatının Çanba dairəsində qəza baş verib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun dərədən aşması nəticəsində 15 nəfər həlak olub, 30-dan çox sərnişin xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza avtobus sürücüsünün mobil telefonla danışması səbəbindən olub. Nəticədə idarəetməni itirərək dərəyə düşüb. 7 nəfər hadisə yerindəcə ölüb, yaralılar isə xəstəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB