Vladimir Putin:“Biz çox şeyi almağa hazırlaşırıq, amma heç nəyi satmırıq”

Vladimir Putin:“Biz çox şeyi almağa hazırlaşırıq, amma heç nəyi satmırıq”

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abenin "Kurili yüksək məbləğə satmaq" təklifini rədd edib. SİA-nın lentı.ru saytına istinadən verdiyi xəbərə görə, dialoq Rusiya-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitinin bağlanışı ilə əlaqədar keçirilən mətbuat konfransında baş tutub.

Vladimir Putin baş nazirin təklifinə "Biz çox şeyi almağa hazırlaşırıq, amma heç nəyi satmırıq" deyə cavab verib. O, əlavə edib ki, buna baxmayaraq, Rusiya ərazi məsələləri ilə bağlı razılığa gəlmək üçün bütün tərəfdaşları, o cümlədən, Yaponiya ilə dialoq qurmağa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə