Baş katib:"NATO Rusiya ilə müharibə istəmir"

Baş katib:"NATO Rusiya ilə müharibə istəmir"

"Şimali Atlantika Alyansı Rusiya ilə yeni "soyuq müharibə" istəmir". SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Polşa televiziyasına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, NATO uzun zamandır Rusiyanın öz hərbi qüvvələrini necə intensiv şəkildə maliyyələşdirdiyini izləyir: "NATO sadəcə bu fəaliyyətə cavab verir və öz müdafiəsini gücləndirir. Həmçinin, eskalasiyadan qaçaraq və açıq dialoqu dəstəkləyir".

Baş katib eyni zamanda, hazırda alyansın öz iştirakçıları üçün heç bir birbaşa təhdid görmədiyini də vurğulayıb. O, alyansın şərq cinahını möhkəmlətməsi qərarına da fikrini bildirib: "Biz NATO-nun öz müttəfiqlərini istənilən təhdid qarşısında qoruyacağı ilə bağlı açıq-aydın siqnal veririk. Bu, NATO-nun ən əsas mesajı və gücüdür".

Qeyd edək ki, NATO-nun şərq cinahda hərbi fəaliyyəti ilə bağlı iyulun əvvəllərində Varşavada keçiriləcək sammitdə qərar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə