Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb

Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb

ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycan və Ermənistan prezidentləri telefon bağlantısı yaradıb. SİA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın ölkə başçısı Serj Sarqsyanla söhbətində Bayden ATƏT-in Minsk qrupunun öz missiya proqramını genişləndirməsinin və araşdırmaların sonuna qədər aparılmasının önəmini qeyd edib.

Vitse-prezident tərəfləri Dağlıq Qarabağ probleminin həlli məqsədilə sabitliyin qorumağa, gərginlik yaratmamağa çağırıb. O, danışıqlar zamanı iyun ayı üçün planlaşdırılan növbəti görüşün əhəmiyyətini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə