Argentinanın xarici işlər naziri Susana Malkorranın namizədliyi BMT-nin baş katibi vəzifəsinə irəli sürülüb. Bu barədə TASS agentliyi məlumat yayıb. Nazirin namizədliyi ölkə prezidenti Maurisio Makri tərəfindən təqdim edilib. O, BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lükketofa və Təhlükəsizlik Şurasının sədri Amra Abdel Latif Abu Əl Əttaya məktub göndərib.
61 yaşlı Susanna Malkorra xarici işlər naziri təyin edilməzdən öncə iki il yarım BMT-nin baş katibi Pan Gi Mun administrasiyasının rəisi işləyib. Bundan əvvəl isə xanım nazir baş katibin müavini olub.
Susanna Malkorra BMT-nin baş katibi postuna 10-cu namizəddir. Onlardan yeddisi Şərqi Avropa ölkələrini təmsil edir: Monteneqronun xarici işlər naziri İqor Lukşiç, YUNESKO-nun baş katibi İrina Bokova, Sloveniyanın sabiq prezidenti Danilo Türk, həmçinin Makedoniya, Moldova, Serbiya və Xorvatiyanın sabiq xarici işlər nazirləri. Portuqaliya öz növbəsində sabiq baş nazir Antonio Qutteriş, Yeni Zellandiya isə BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkın namizədliyini təklif edib.
2007-ci ildən baş katib postunu tutan Pan Gi Munun səlahiyyət müddəti bu il 31 dekabrda başa çatır. Yeni baş katib TŞ-nin təqdimatı ilə Baş Assambleya tərəfindən təyin olunur. Namizədlərin nəzərdən keçirilməsinə iyulda başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB