+51 dərəcə temperatur yüzlərlə can aldı

+51 dərəcə temperatur yüzlərlə can aldı

Hindistanda son 60 ilin ən yüksək temperatur göstəricisi qeydə alınıb. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Racastan ştatının Pxalodi şəhərində temperatur +51 dərəcəyə yüksəlib.

Hindistanın Meteoroloji Departamenti yaxın günlərdə istilərin daha da yüksələcəyi barədə əhaliyə xəbərdarlıq edib. Ölkənin şimal-qərb ştatlarında hərarətin +47 dərəcəni ötməsi səbəbindən "qırmızı dərəcə" təhlükə səviyyəsi qüvvədə saxlanılacaq.

Hökumət rekord temperaturdan həyatını itirənlərin rəsmi statistikası haqqında heç bir açıqlama verməsə də, KİV-lərdə yüzlərlə insanın həlak olduğu haqda məlumat yayılıb.

Qeyd edək ki, sonuncu dəfə 1956-cı ildə Alvar şəhərində qeydə alınmış ən yüksək temperatur dərəcəsi +50,6 olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə