İraq ordusu Əl-Rütbə şəhərini azad etdi

İraq ordusu Əl-Rütbə şəhərini azad etdi

İraq ordusu İŞİD terror qruplaşmasına qarşı daha bir uğurlu əməliyyat həyata keçirib. Hərbçilər Ənbar əyalətinin Əl-Rütbə şəhərini terrorçulardan azad edib. Əməliyyat zamanı ordu qüvvələri terrorçuların ciddi müqaviməti ilə üzləşməyib.

Qeyd edək ki, İŞİD terrorçuları Ramadidən 160 kilometr qərbdə yerləşən Əl-Rütbə şəhərini 2014-cü ildə zəbt etmişdi. Bu arada, Mosul şəhərində də İŞİD-ə qarşı uğurlu əməliyyat təşkil olunub. Hücum zamanı qruplaşmanın kəşfiyyat qrupunun lideri Əli Əl-Əsvəd və onun iki köməkçisi məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə