Politoloq: "Vyana görüşü 7 rayonun Azərbaycana qaytarılmasını şərtləndirdi"
Vyana görüşü beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu sübut etdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşünü şərh edən alman politoloq Hayko Lanqner "Vestnik Kavkaza"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, görüşün nəticəsində Dağlıq Qarabağ problemi beynəlxalq səviyyəyə yüksəldi: "Görüş hər iki tərəfin vaxtilə qəbul etdiyi "Madrid prinsipləri"nin həyata keçirilməsini, yəni, birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması üçün konkret addımlar atılmasını şərtləndirdi. Bu prinsipə əməl edildikdən sonra 700 min məcburi köçkünün öz torpağına mümkün qədər tez geri qayıda bilməsi üçün işğal olunmuş rayonlarda iqtisadi dirçəlişə nail olunacaq. Lakin işğalçı ölkə-daha doğrusu, Ermənistan hələ də o torpaqları qaytarmaq istəməsə də, Azərbaycanın həmin əraziləri geri alacağına heç bir şübhə yoxdur.
Hayko Lanqner həmçinin bildirib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlar Azərbaycan Respublikasının bir hissəsidir: "Buna görə də, danışıqlarda irəliləyiş əldə etmək üçün Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun geri qaytarılması şərtdir. Əks halda, Ermənistanın işğalçı siyasəti və imtinaedici mövqeyinə cavab olaraq, təhlükəsizlik tədbirləri görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB