Misir prezidenti ilə ABŞ-ın dövlət katibi görüşdü

Yaxın Şərqdəki vəziyyət müzakirə edilib
Misir prezidenti ilə ABŞ-ın dövlət katibi görüşdü

Misir rəhbərliyi və ABŞ-ın dövlət katibi Con Kerri arasında Qahirədə keçən görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq, eləcə də regional aləmdəki vəziyyət müzakirə olunub. Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, Fələstin-İsrail məsələləri, Suriya böhranı, Liviya və Yaxın Şərqdəki vəziyyət, habelə terrorçuluğa qarşı mübarizə məsələlərinə toxunulub.

Prezident Əbdülfəttah al-Sisi iki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və bütün sahələrdə hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlığın səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu vurğulayıb. O həmçinin Misirin bütün regional məsələlər üzrə ABŞ-la koordinasiya və məsləhətləşmədə maraqlı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həllinə dəstək barədə Misir prezidentinin son bəyanatını yüksək qiymətləndirib. Con Kerri həmçinin regionda Misirin tarixi rolunu, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin əldə edilməsinə böyük töhfə verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə