Parisdə 55 min insan etiraz aksiyası keçirib

Parisdə 55 min insan etiraz aksiyası keçirib

Parisdə əmək qanunvericiliyinə dəyişikliklərin edilməsinə qarşı etiraz aksiyası keçirilib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, əmək qanunvericiliyinin islahatlaşdırılmasının əleyhinə gerçəkləşən aksiyalarda 55 min etirazçı iştirak edib.

Etirazçılar təhlükəsizlik qüvvələrini daş-qalağa tutublar, polis əməkdaşları isə asayişi bərpa etmək məqsədilə gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, qanuna edilən dəyişiklik ölkədə iş rejiminin uzadılması, işçilərin səbəbsiz şəkildə işdən çıxarılması ilə nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə