Şri-Lankada 10 minlərlə insan fəlakətin qurbanı oldu

Şri-Lankada 10 minlərlə insan fəlakətin qurbanı oldu

Şri-Lankada torpaq sürüşməsi və daşqın olub. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində səkkiz nəfər həlak olub, 10 minə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Hal-hazırda hərbi qüvvə ehtiyatı əhalinin köçürülməsi məqsədilə dağ yamaclarındakı qəsəbələrə və daşqın qeydə alınan ərazilərə təxliyyə olunub.

Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması Mərkəzinin nümayəndəsi Pradip Kodipilli bildirib ki, daşqın qeydə alınan ərazilərdə yaşayan beş min ailə yardım mərkəzinə yönləndirilib. Daha min insan isə müvəqqəti olaraq, qohumları və dostlarının evinə köçüb.

Qeyd edək ki, bir neçə rayona gedən yollar fəlakət nəticəsində bağlandığına görə, əraziyə ilkin yardım göndərmək mümkün olmayıb. Bu da ölənlərin sayının artacağına zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə