İngiltərənin Aİ-dən çıxması tələb olunur

İngiltərənin Aİ-dən çıxması tələb olunur

İngiltərənin orta və kiçik biznes müəssisələrinin 300-dən çox nümayəndəsi xalqa müraciət edərək, 23 iyunda baş tutacaq referendumda ölkənin Avropa İttifaqından (Aİ) çıxmasına səs verməyə çağırıb. SİA-nın TACC-a istinadən verdiyi xəbərə görə, təklifi irəli sürən təşəbbüskarların müraciət məktubu "Daily Telegraph" qəzetinin 16 may buraxılışında çap olunub. Məktubda bildirilir ki, Birləşmiş Krallığın Aİ-də iştirakı ölkədə rəqabətin inkişafına əngəl olur.

Qeyd edək ki, Britaniyanın "Superdrug" apteklər şəbəkəsinin rəhbəri Piter Qoldşteyn, "Sony" şirkətinin Avropa bölməsinin keçmiş vitse-prezidenti Stiv Daudel, "Goldman Sachs" bankının keçmiş direktoru Devid Sismi və "British American Tobacco" tütün kompaniyasının direktorlar şurasının keçmiş sədri Patrik Şixi də məktubu imzalayanlar arasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə