Venesiya Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyacaq

Venesiya Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyacaq

Venesiya hökuməti Krımın Rusiyanın tərkib hissəsi olmasının tanınması ilə bağlı səsverməyə hazırlaşır. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu haqda "İzvestiya" qəzetində məlumat yayılıb.

Bildirilib ki, parlamentin 25 nümayəndəsi tərəfindən təklif olunan səsvermə mayın 18-də başlayacaq.

Səsvermənin nəticəsində Venesiya Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyan ilk Avropa ölkəsi olacaq.

"İstərdim ki, İtaliya hökuməti strateji səhv etməsin. Anti-Rusiya sanksiyaları və Krımın Rusiyanın tərkib hissəsi olaraq tanınmaması isə özü bir səhvdir. Bizim regionun iqtisadiyyatı bu məhdudiyyətlərin nəticələrini digərlərindən çox hiss etdi. Son yarım il ərzində itkilərimiz milyard avrodan çox oldu", - deyə millət vəkili Stefano Valdeqamberi "İzvestiya"ya açıqlamasında bildirib.

Qeyd edək ki, Krım və Sevastopol 2014-cü ildə keçirilən referendumun nəticəsində Rusiyanın tərkibinə qatılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə