Metsamor AES təkcə elektrik istehsal etmir

Nüvə qaçamalçılığı ilə bağlı faktlarda ermənilər xüsusi yer tutur
Metsamor AES təkcə elektrik istehsal etmir

Ermənistanın Metsamor atom elektrik stansiyasının region üçün törətdiyi təhlükə yalnız onun köhnəlmiş olması və istifadə müddəti bitmiş avadanlıqlarla işlədilməsi deyil. Belə ki, nüvə qaçaqmalçılığı ilə bağlı son 15 ildə regionda aşkarlanan faktların mütləq əksəriyyətində məhz Ermənsitanın və onun vətəndaşlarının adı hallanıb.

Region üçün böyük təhlükə törədən Metsamor atom elektrik stansiyasının fəaliyyətinin dünya ictimaiyyəti üçün kifayət qədər şəffaf olmaması onun yalnız elektrik istehsalında istifadə olunmadığı ilə bağlı ciddi şübhələr yaradır. Yaxın keçmişdə aşkarlanan bir çox faktlar isə bu şübhələrin heç də əsassız omadığını göstərir.

Məsələn 2001-cü il dekabrın 19-da Gürcüstanın Samsxe Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı ilə 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib və araşdırma zamanı məlum olub ki, həmin maddə Ermənistandan gətirilib.

Bir digər fakt- 2003-cü ilin dekabrın 29-da Ermənistan-İran sərhəddindəki Meqri keçid məntəqəsində Stronsium-90 radioktiv maddə aşkarlanıb və onun metsamor stansiyasında gətirildiyi təsdiqlənib.

Analoji hal 2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhəddində Sarpi keçid məntəqəsində də qeydə alınıb. Qanunsuz yolla sərhəddən 2.04 qram təhlükəli Lourensiy-103 maddəsi keçirmək istəyən 4 Ermənistan vətəndaşı saxlanılıb.

Bundan əlavə 2014-cü ilin avqustunda Ermənist Seziyum-137 maddəsini sərhəddən keçirməyə cəhd edən 3 nəfər erməni saxlanılıb.

2010-cu il sentyabrın 16 da Tibilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Onların üzərindən az zənginləşdirilmiş uran və plutonium maddələri götürülüb. Məlum olub ki, onlar bu maddələri satmaq istəyirlərmiş.

Maraqlısı budur ki, sadalanan faktların hamısı Ermənistanla bir başa bağlı olsa da onları digər dövlətlərin xüsusi xidmət orqanları aşkar edib. Belə təhlükəli maddələrin Ermənistan sərhədlərindən asanlıqla çıxarılması Ermənistan dövlətinin bundan xəbərdar olması və bunu dəstəkləməsini düşünməyə ciddi əsasdır.

Bütün xəbərlər Facebook səhifəmizdə