Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli "Prithvi-II" raketini uğurla sınaqdan çıxarıb. SİA-nın məlumatına görə, raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb. Yer-yer tipli "Prithvi-II" raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi 350 km, çəkisi 4,6 tondur.
Raket Hindistanın müdafiə tədqiqatları ilə məşğul olan təşkilatı tərəfindən hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB