6 polis yaralandı, 2 terrorçu öldürüldü

6 polis yaralandı, 2 terrorçu öldürüldü

Türkiyənin Şırnak vilayətində PKK terrorçuları bir neçə ünvana eyni zamanda hücum təşkil edib. SİA-nın Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumatına görə, vilayətin polis idarəsinə, jandarma bölməsinə, hərbçi və polislərin cəmləşdiyi məktəblərə və qonaq evinə raket və atıcı silahlarla hücum olub. Təhlükəsizlik qüvvələrinin dərhal reaksiya verməsi ilə atışma başlayıb.

Atışma zamanı 6 polis yaralanıb. 2 terrorçu isə öldürülüb. Şırnakda hazırda küçə döyüşləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə