Son bir neçə gün ərzində Tacikistanda yağan güclü yağış və daşqınlar nəticəsində körpülər və yollar dağılıb, 200 min əhalinin yaşadığı Dağ Bədəşxan muxtar vilayəti ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Bu barədə Tacikistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, daşqınlar nəticəsində azı beş nəfər həlak olub, Rudaki rayonunda 2500 evə ziyan dəyib, Ayni və Pecikent rayonlarında 147 evi su basıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Baş nazirin müavini Azim İbrahimin rəhbərliyi ilə komissiya yaradılıb. Komissiya zərərçəkənlərə yardım göstərmək və dəymiş ziyanın həcmini müəyyənləşdirməklə məşğuldur.
Daşqınlar nəticəsində torpaq sürüşməsi və uçqunlar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB