2-5 aprel tarixlərində Dağlıq Qarabağda cəbhə xəttindəki döyüşlər Azərbaycan ordusunun gücünü göstərdi. SİA-nın blognews.am-a istinadən verdiyi xəbərə görə, bu fikirlər Ermənistanın "Nezavisimaya" qəzetində çıxan məqalədə yer alıb.
Məqalədə qeyd olunur ki, 1992-1994-cü illər müharibəsindən sonra Azərbaycan qarşı tərəf üzərində hərbi üstünlüyə nail olmaq üçün çox əhəmiyyətli addımlar atdı: "Tərəflərin indiki hərbi gücünün nisbəti atılan addımların nəticə verdiyini göstərdi. Belə ki, 2-5 apreldə təmas xəttində baş verən döyüşlərdə Azərbaycan tərəfi 100 ədəd T-90, 379 ədəd T-72 , 98 ədəd T-55, Ermənistan isə toplamda 277 ədəd T-72, 42 ədəd T-55 tankına sahib idi. Bu, Azərbaycan ordusunun istər keyfiyyət, istərsə də kəmiyyət baxımından, bariz üstünlüyünü sübut etdi.
Aprelin axırı Rusiyadan Ermənistana bir ədəd T-90 tankı gətirilsə də, bu, nisbəti dəyişdirmir.
Sözügedən müqayisəni hər iki tərəfin malik olduğu hərbi piyada və hərbi desant maşınlarına, artilleriya ehtiyatına, hərbi-hava qüvvələrinə də tədbiq etsək, o zaman aradakı fərq yüksək həddə çatacaq.
Qarşı tərəfin hərbi üstünlüyünü göz önünə aldıqda belə nəticəyə gəlmək olar ki, Ermənistanı gələcəkdə ciddi problemlər gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB