Mariya Zaxarova: "İkinci səbəb axtarmağa gərək yoxdur"

Mariya Zaxarova: "İkinci səbəb axtarmağa gərək yoxdur"

Rusiyanın Azərbaycana silah satmasında başqa səbəblər axtarmaq lazım deyil. Bu sözləri Rusiya xarici işlər nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Rusiya tərəfindən silah təchizatı ilə təmin olunması məsələsi ilə bağlı açıqlama verərkən deyib.

O, bildirib ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi qətidir: "Məlumdur ki, Rusiya beynəlxalq-hüquqi və ikitərəfli hüquqi baza ilə hərbi-texniki əməkdaşlıq edir. Vəziyyətin mürəkkəb olduğunu anlayıram. Amma biz gərginliyi sakitləşdirmək üçün verilmiş sözləri deyil, hansı üsulun gerçəkliyə uyğun olduğunu düşünürük. Bizim məqsədimiz ATƏT-in Minsk qrupunun dəstəyi ilə hər iki tərəfin istək və qərarlarını nəzərə alaraq, problemin siyasi-diplomatik həllinə, sülhün bərqərar edilməsinə nail olmaqdır".

XİN-in nümayəndəsinin sözlərinə görə, Rusiya son illərdə tərəflərin yaxınlaşması və məsələnin birdəfəlik həll olunması istiqamətində bir neçə təklif irəli sürüb: "Lakin təəssüf ki, danışıqlar müxtəlif səbəblərə görə nəticələnməyib".

Mariya Zaxarova çıxışında həmçinin, 16-17 may tarixində qarşı tərəflərin Vyanada baş tutacaq görüşlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əhəmiyyətli olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə