ABŞ-ın dövlət katibi Con Kerri dünya turu çərçivəsində 16-17 may tarixində Vyanaya səfər edəcək. SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verir. O, bildirib ki, dövlət katibi şəxsən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla iştirak edəcək.
Con Kirbinin sözlərinə görə, Kerri İtaliyanın xarici işlər naziri Paolo Jentiloni ilə Liviya üzrə müzakirələrdə, həmçinin, Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB