Məşhur “Sanca matsuri” yay festivalı başlayıb

Məşhur “Sanca matsuri” yay festivalı başlayıb

Mayın 13-də Tokioda ən mühüm ənənəvi festivallardan biri, yayın başlanmasına həsr olunan və üç gün davam edən "Sanca matsuri" başlayıb. 700 ildən çox yaşı olan bu festival Asakusadakı məşhur sintoist məbədi ilə əlaqədardır. Açılış günündə festivalı müşayiət edən araba üzərində hərəkət edən musiqiçilərin də qatıldığı 400-dən artıq insan iştirak edib. Təqribən bir saat davam edən nümayiş zamanı müxtəlif bayram musiqisi və rəqslər ifa olunub.

Festivalın kulminasiya nöqtəsinin bazar günü olacağı bildirilir. Həmin gün iştirakçılar çiyinlərində daşıdıqları və üzərində səyyar sintoist mehrabların olduğu üç kəcavəni ətraf küçələrdə dolandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə