Ermənistanda korrupsiya ilə mübarizə heç bir nəticə verməsə, Avropa İttifaqı ölkəni nəzərdə tutulmuş 15 milyon avro ilə təmin etməyəcək. SİA-nın lragir.com-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalskiy "Hökumət-vətəndaş cəmiyyətidir" anti-korrupsiya mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ermənistana bununla bağlı beynəlxalq qurumların nümayəndələri tərəfindən də xəbərdarlıq olunub. Belə ki, ölkənin xarici borcu ümumi büdcədən dəfələrlə çoxdur.
Ovik Abramyanın baş nazir olduğu müddətdə xarici borcların həcmi misli görünməmiş həddə artıb. Nəticədə, son altı ay ərzində 1 milyard dollara yaxın kredit götürülüb. Belə görünür ki, Ermənistan son bir il ərzində bütün sosial öhdəliklərini xarici borcların hesabına təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB