Venesuella prezidenti: "Russeffin vəzifədən uzaqlaşdırılmasının səbəbi Obamadır"
ABŞ Brazilya prezidenti Dilma Russeffin vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmasının məsuliyyətini daşıyır. SİA-nın TACC-a istinadən verdiyi xəbərə görə, bu sözləri Venesuellanın prezidenti Nikolas Maduro telekanallardan birində çıxış edərkən deyib.
Ölkə başçısı bildirib ki, bu, ABŞ prezidenti Barak Obamanın Latın Amerika ölkələrində mütərəqqi, demokratik axının qarşısını alma strategiyasının bir hissəsidir: "Ölkədə çevriliş etmənin birinci mərhələsində Braziliyanı parçalamaq hədəf götürülüb. Çünki məlumdur ki, Braziliya Cənubi Amerikanın gücüdür. Burada baş verənlər nəticə etibarı ilə, regiona və dünyaya da təsir edir".
Qeyd edək ki, ötən gün Braziliya Parlamentinin yuxarı palatasında keçirilən səsvermədə 55 nümayəndənin impiçmentin lehinə səs verməsi nəticəsində Dilma Russeff müvəqqəti olaraq prezidentlik vəzifəsindən uzaqlaşdırılb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB