"İlk baxışdan elə görünür ki, sanki Ermənistanın indiki baş naziri Ovik Abramyan "islahatçı" rolunda çıxış edərək öz sələflərindən geri qalmamağa çalışır. Lakin gerçəklik bir qədər fəqlidir". SİA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu fikirlər Ermənistanın "Johovurd" qəzetində yazılıb. Məqalədə qeyd olunur ki, hökumət dairələrində yayılan söz-söhbətlərə görə, Ermənistan prezidenti köhnə simalardan qurtulmaqla bağlı sürətlə artan ictimai tələbi yerinə yetirmək məqsədilə rəhbərlikdə bir sıra struktur dəyişikliklər edəcəyini bildirib: "Ovrik Abramyan isə "islahatçı" obrazı formalaşdırmaqla onun vəzifəsindən uzaqlaşdırılmasının heç də ədalətli addım olmadığını sübut etmək məqsədilə hücuma keçib. Axı, korrupsiya ilə mübarizənin başlandığını elan edən rəsmi nümayəndənin vəzifəsindən uzaqlaşdırılması xoş olmaz?! Lakin digər tərəfdən də, onsuz Ovik Abramyan tərəfindən Serj Sarkisyanın hökumətin başqa nümayəndələrinin vəzifədən azad olunması ilə bağlı bütün tədbirlər görülüb. Necə deyərlər, qəribə dövrdə yaşayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB