Baş nazir din xadimindən üzr istədi

Baş nazir din xadimindən üzr istədi

İngiltərənin baş naziri Devid Kameron din xadimindən üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş nazir 20 ilə yaxındır İngiltərədə yaşayan Süleyman Qənini İŞİD qruplaşmasına dəstək olması ilə günahlandırıb. Lakin daha sonra bununla bağlı açıqlama verən Kameron yanlış anlaşıldığını bildirərək Süleyman Qənidən üzr istəyib.

Qeyd edək ki, daha öncə İngiltərənin müdafiə naziri Maykl Falon da Süleyman Qənini İŞİD-in tərəfdaşı kimi qələmə vermişdir. Bu hadisədən sonra Qəni tərəfindən məhkəməyə verilən Falon din xadimindən üzr istəmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə