Brazilya Prezidenti Dilma Russeff impiçment ilə bağlı senatda keçirilən səsvermənin nəticələrini gözləmədən əşyalarının, rəsm əsərlərinin prezident sarayından şəxsi iqamətgahına gətirilməsini bildirib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hazırda senatda Russeffin vəzifəsindən 180 gün günlük kənarlaşdırılması müzakirə olunur.
Son məlumata əsasən, senatın 78 üzvündən 40-ı impiçmenti dəstəkləyib.
Qeyd edək ki, digər senat üzvləri də impiçmentin qüvvəyə minməsi üçün lehinə səs verdiyi təqdirdə ölkənin idarəsi müvəqqəti olaraq hazırda vitse-prezident olan Mişel Temerə həvalə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB