Braziliya parlamentinin yuxarı palatası bu gün ölkə prezidentinin vəzifədən kənarlaşdırılması məsələsinə dair səsvermə keçirəcək. Əgər deputatların yarısı bunun "lehinə" səs versə, impiçment növbəti gündən qüvvəyə minəcək. Euronews telekanalı xəbər verir ki, Braziliya KİV-lərinin məlumatına əsasən, 81 senatordan azı 50-si impiçmenti dəstəkləmək niyyətindədir.
Qərar qəbul edilsə, Dilma Russeff yarım il müddətinə vəzifəsini tərk etməli olacaq. Bu müddət ərzində senat onun işinə təfsilatı ilə baxmalıdır.
Bu arada prezidentin vəkilinin Ali Məhkəmə qarşısında impiçment prosesini ləğv etmək tələbi ilə iddia qaldırdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB