Banqladeşin siyasi lideri edam olundu

Banqladeşin siyasi lideri edam olundu

Banqladeşin "Cəmaəti-İslam" qruplaşmasının lideri Məti-ur Rəhman Nizami edam olundu. SİA-nın cnn.turk-ə istinadən verdiyi xəbərə görə, Banqladeş məhkəməsi siyasi lideri heç bir dəlil olmadan, 1971-ci ildə Pakistanla gedən müharibədə qarşı tərəflə müttəfiqlik etməkdə günahlandıraraq edam qərarı verib.

71 yaşlı Nizami hələ yanvar ayında da əsassız şəkildə silah qaçaqmalçılığı ilə məşğul olduğu iddiası ilə ölüm cəzasına məhkum edilib.

Edam hökmü liderin cəza çəkdiyi həbsxanada gerçəkləşib. Məti-ur Rəhman Nizami asılaraq vəfat edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində törədilən bu amansızlığı qınayaraq, heç bir günahı olmayan Məti-ur Rəhman Nizaminin edam edilməsinə qərar verən insanları lənətləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə