Partlayış 20 can aldı

İraqın paytaxtı Bağdadın Sadr ərazisində gərginlik yaşanıb. SİA-nın Anadolu Agentliyinə istinadən verilən xəbərə görə, ən çox şiə təriqətinə mənsub sakini olan Sadrin Uraybe bazarında bomba ilə yüklənmiş avtomobil partlayıb. Nəticədə 20 insan ölüb, 70-i yaralanıb.

Əraziyə gələn Daxili İşlər Nazirliyinin polis qüvvəsi dərhal təhlükəsizlik tədbirlərini görüb, yaralılar Əl-Kadisiyyə və Əl-Kindi xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə