4 terrorçu yaxalandı

Ankara Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Şöbəsi tərəfindən gerçəkləşdirilən əməliyyatların nəticəsində Qızılay Güvənparkda törədilən terror hadisəsi ilə bağlı 4 şübhəli şəxs yaxalanıb. SİA-nın Anadolu Agnetliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirlərində iki nəfər Ankarada, digərləri isə İstanbul və Qarsda tutulub.

Qeyd edək ki, hadisə 13 mart tarixində qeydə alınıb. Terrorçular tərəfindən avtobus dayanacağının yaxınlığındakı avtomobil partladılıb. Araşdırmalar nəticəsində hadisənin PKK tərəfindən gerçəkləşdirildiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə