Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan istefa verməsi Avropa gündəminin aktual mövzusuna çevrilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Avstriyanın "Die Presse" qəzetində sabiq baş narizin Türkiyə hökumətində önəmli mövqeyə sahib olması haqqında fikirlər yer alıb: "Əhməd Davudoğlu daima Avstriya ilə sıx əlaqələr qurmağa çalışıb".
Almaniyada dərc olunan "Rheinpfalz" qəzetində isə Əhməd Davudoğlunun istefasına AK Partinin (Ədalət İnkişaf Partiyasının) daxilində hökm sürən hərc-mərclik səbəb göstərilib.
Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə bayrağı təslim etdiyi baş nazir Əhməd Davudoğlu qazandığı iki seçimə baxmayaraq, istefa verdiyini açıqlayıb. O, çıxış edərək sadəcə öz istəyi ilə deyil, həm də başqa səbəblərə görə vəzifəsindən imtina etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB