Restorana qumbara atıldı, on iki nəfər yaralandı

Restorana qumbara atıldı, on iki nəfər yaralandı

Pakistanın Kəraçi şəhərində əl qumbarasının partlaması nəticəsində üçü uşaq olmaqla on iki nəfər yaralanıb. Polisin yaydığı məlumatda bildirilir ki, iki naməlum şəxs qumbaranı şəhərdəki restoranlardan birinin salonuna ataraq qaçmağa müvəffəq olub.

Polis hadisə yerini nəzarətə götürüb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qanlı hadisəyə görə məsuliyyəti hələ ki heç bir terrorçu qrup öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə