Qaznidə dəhşətli qəza 50 ölü, 57 yaralı

Qaznidə dəhşətli qəza 50 ölü, 57 yaralı

Əfqanıstanın Qazni vilayətində Kabul - Kandaqar yolunda iki avtobus və benzindaşıyan maşın toqquşub. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, qəza nəticəsində 50 nəfər ölüb, 57 nəfər isə yaralanıb.

Qəzadan dərhal sonra toqquşan hər 3 avtomobil alışaraq yanıb. Vilayət qubernatoru ölənlərin sayının artacağını istisna etməyib və bildirib ki, onların əksəriyyətinin vəziyyəti ağırdır.

Polisin ilkin ehtimalına görə, qəzanın baş verməsinə səbəb təhlükəli idarəetmə olub.

Hadisə baş verən ərazi nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə