Dünya Bəşər Əsəd rejimini qınadı

Dünya Bəşər Əsəd rejimini qınadı

Bəşər Əsəd rejiminin Suriyanın İdlib ərazisində 28-dən çox dinc vətəndaşın ölümü ilə nəticələnən hava hücumu BMT və ABŞ başda olmaqla, bütün dünya tərəfindən şiddətlə qınanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT-nin Baş Katibi Ban Ki-Mun İdlibdə dinc sakinlərin öldürülməsini cinayət faktı kimi dəyərləndirərək Beynəlxalq Cəza Məhkəməsində müzakirə olunmasını təklif edib.

Qeyd edək ki, Əsəd rejimi ilə müxalif qüvvələr arasında gərginlik davam edir. Belə ki, Hələbdə baş verən 9 günlük qarşıdurmanın ardından, son 24 saatda gerçəkləşən atışmaların nəticəsində hər iki tərəfdən 73 insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə