ABŞ-ın ölkə başçısı Barak Obama prezident seçkilərində Respublikaçılar Partiyasından yeganə namizəd olan Donald Trampı dəstəkləyənlərə "Bu bir realiti şou deyil, bu ABŞ-ın prezidenti seçilmək uğrunda yarışdır" deyə səslənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ağ Evdə media nümayəndələrinin suallarını cavablandıran Obama Trampa etdiyi açıqlamalarda diqqətli olması və prezident seçkilərini əyləncəyə çevirməməsi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, seçki kampaniyasına başladığı gündən etibarən, irqçi və təhqir dolu fikirlər səsləndirməkdən çəkinməyən Donald Tramp ABŞ-a gələn meksikalıları "təcavüzkar" adlandıraraq, prezident seçildiyi təqdirdə Meksika sərhədini bağlayacağını vurğulamışdır.
Namizədin mübahisəyə səbəb olan ən səs-küylü açıqlaması isə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağı olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB