Kokainlə dolu təyyarə VURULDU

Peru hökuməti Boliviyadan havaya qalxan və salonunda 270 kq kokain olan təyyarəni vurub. SİA xəbər verir ki, bu barədə Daily Mail məlumat verir. Məlumata görə bir narkoticarətçi həbs edilib, digəri isə qaçmağa müvəffəq olub. Maraqlıdır ki, cinayətkarlar qaçış vaxtı 200 kq narkotik məhsulu gizlədə biliblər. Təyyarə vurulduğu an narkotəyyarənin heyəti nəninki ölməyib, hətta onlar yerə dəydikdən sonra Peru polisi ilə silahlı toqquşmaya da girməyə macal tapıblar. Belə ki, təyyarənin 58 yaşı pilotu təyyarə vurularkən, polis işçilərinə çoxsaylı atəş açıb və nəticədə özü də ağır güllə yarası aldığına görə hospitala qaldırılıb. Polis isə gizlədilən kokaini tapa bilmədiyinə görə, yalnız təyyarənin salonunda olan 70 kq narkotiki aşkarlayaraq müsadirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə