Ermənistan parlamentində deputatların və müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə qapalı görüş keçirilir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı erməni müdafiə naziri təmas xəttində baş verən son hadisələr barədə deputatları məlumatlandıracaq.
Görüşdə Ermənistanın Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Komitəsinin rəhbəri Koryun Nahapetyan və deputatlar iştirak edir.
Qeyd edək ki, qapalı görüşün keçirilməsi təklifini deputatlar Levon Zurabyan və Hrant Baqratyan irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB