Ukrayna paytaxtının tam mərkəzində - pravoslav kilsələrinin yerləşdiyi tarixi Sofiya meydanında üzərində faşist svastikası olan böyük yumurta maketi quraşdırılıb. Maketi quraşdıranlar onu "svastya"-"Ariyalı pasxası" adlandırıblar.
Maket quraşdırılandan dərhal sonra sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Yumurta maketinə müxtəlif münasibətlər bildirənlərin bir hissəsi hadisədən hiddətləndiklərini, bir hissəsi "svastya"nın nə olduğunu öyrənmək istədiklərini, digər bir hissəsi isə "ariyalı" simvolunun slavyan tayfalarına və Pasxaya hansı aidiyyatı olduğunu soruşurlar.
Xatırladaq ki, Pasxa bayramı çərçivəsində Donetskin Georgiyevka qəsəbəsindəki "Müqəddəslər" pravoslav kilsəsinin həyətyanı sahəsinə üç ədəd əl qumbarası atılaraq partladılmışdı. Hadisələrin ukraynalıların katolik məzhəbinə məxsus şəxslər tərəfindən törədildiyi də güman edilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB