Latviya Respublikasının Azərbaycandakı səfiri cənab Yuris Maklakovs və səfirliyin əməkdaşı Eva Majore Milli Kitabxananın qonağı olublar. Kitabxananın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qəbul edib.
Görüş zamanı iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən danışılıb. Cənab səfir Azərbaycan Milli Kitabxanasında yeni iş növləri, avtomatlaşdırma prosesləri, keçirilən kütləvi tədbirlərlə maraqlanıb.
Görüşdə cari ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanasında Latviyaya aid kitab, foto və incəsənət əsərlərindən ibarət sərginin təşkil edilməsi qərara alınıb.
Sonda K.Tahirov "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", " Azərbaycan xalçaları", "Azərbaycan mətbəxi" və "Azərbaycan ədəbiyyatı" (ingilis dillərində) kitablarını qonaqlara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB