Türkiyədə Mardinin Midyat rayonu ilə Şırnakın İdil rayonunu birləşdirən avtomobil yolunda terror məqsədilə gizli vəziyyətdə quraşdırılmış çox sayda bomba aşkarlanıb. SİA türk mənbələrinə istinadən xəbər verir ki, Türkiyənin hüquq-mühafizə orqanları öncədən terror hadisəsi olacağından xəbər tutaraq sözügedən ərazidə axtarış əməliyyatı yerinə yetiriblər. Bombalar aşkarlandıqdan sonra yol ikitərəfli bağlanılıb və partlayıcıları zəzərsizləşdirmək üçün mütəxəssislər çağrılıb. Yolda isə böyük tıxac yaranıb.
Türkiyə mətbuatı mütəxəssislərin bombaları zərərsizləşdirmək üçün çalışdıqlarını yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB