İŞİD-in maliyyəçisi öldürüldü

Əfqanıstanın Nanqarxar əyalətində İŞİD terror təşkilatının maliyyə və silah təchizatı məsələlərinə baxan şəxs öldürülüb. SİA-nın "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Rafi əd Din adlı terrorçu Açin rayonu ərazisində Əfqanıstan Hərbi Hava Qüvvələri vasitəsilə öldürülüb. Terrorçu ilə birlikdə daha 10 terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə