Çin hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS John C. Stennis" təyyarə gəmisi başda olmaqla gəmilər qrupunun Honkonq limanına daxil olmasına razılıq verməyib. SİA "Röyters"ə istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

O bildirib ki, bu yaxınlarda "USS John C. Stennis" təyyarə gəmisi və onu müşayiət edən gəmilər qrupunun Honkonq limanına daxil olmasına dair sorğuya rədd cavabı gəlib: "ABŞ Dövlət Departamenti Amerika və Çin dəniz xidmətləri arasında əməkdaşlığın davam etdirilməsini planlaşdırır. Çünki əvvəllər ABŞ gəmiləri kifayət qədər uzun müddət Honkonq limanında qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə