Avropa Parlamentinin millət vəkili həbs edildi

Avropa Parlamentinin İngiltərədən seçilən keçmiş millət vəkili Piter Skiner 4 illik həbs cəzasına məhkum edilib. SİA xəbər verir ki, keçmiş millət vəkili Avropa Parlamentinin təmin etdiyi fondlardan sui-istifadə etməkdə günahkar hesab edilib.

1999-cu ildən 2014-cü ilə qədər Avropa Parlamentində İngiltərə İşçi Partiyasını təmsil edən millət vəkilinin 640 min avroluq məbləği bahalı restoranlara, daş-qaşlara və tətillərə xərclədiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə