İbadət evində 60 nəfər saxlanıldı

Rusiyanın Samara şəhərində qeyri-qanuni ibadət evində 60 nəfər saxlanılıb. SİA "TASS"a istinadən xəbər verir ki, saxlanılan şəxslər "Sələfi" təriqətinə mənsub olub.

Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə İdarəsinin nümayəndəsi bu barədə məlumat verib: "Həyata keçirilən əməliyyat nəticəsində 60 nəfər saxlanılıb. Bu qrupun bir sıra üzvü hazırda Suriyada qeyri-qanuni hərbi birləşmələrin iştirakçılarıdır. Axtarış zamanı qeyri-qanuni ibadət evində əldəqayırma partlayıcı maddə və radikal məzmunlu ədəbiyyat aşkar edilib. Araşdırmalar davam etdirilir, faktla bağlı cinayət işinin açılması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...