Barselona turistlər üçün yeni verginin tətbiqinə hazırlaşır. SİA "El Pais" qazetinə istinadən xəbər verir ki, Barselona Şəhər Şurasının nümayəndəsi Qala Pen planlara görə, yeni verginin Barselonaya 1 sutkadan az müddətə gələn və hotellərdə qeydiyyatdan keçməyən turistlərə şamil olunacağını bildirib.
Söhbət dəniz kruizləri vasitəsilə və ya 1 günlük ekskursiyalara gələnlərdən gedir.
Hazırda vergiyə yalnız Barselonaya 12 saatdan çox müddətə gələn dəniz kruizlərinin sərnişinləri cəlb edilir. Vergidən vayınmaq üçün kruiz gəmilərinin əksəriyyəti 12 saat tamam olmamış şəhəri tərk edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB