Bursada partlayış 13 yaralı

Aprelin 27-də Türkiyə vaxtı ilə saat 17:30 radələrində Bursa şəhərindəki tarixi Ulu Caminin yaxınlığında terror hadisəsi törədilib. Son məlumatlara görə partlayışı törədən terrorçu qadın kamikadze həlak olub. Yaralananların sayı isə 13-ə çatıb. Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında 13 yaralının hamısının xəstəxanalara yerləşdirildiyini və vəziyyətlərinin normal olduğunu bildirib. Nazir partlayışdan sonra xəstəxanalara müraciət edənlərin sayının ümumilikdə 20-dək olduğunu deyib.

Partlayışdan dərhal sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu daxili işlər naziri Efkan Ala və Bursa valisi Münir Karaloğlu ilə telefon əlaqəsi yaradaraq vəziyyəti müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə