Almaniyanın 6 hava limanında tətillər keçirilir

Aprelin 27-dən Almaniyanın 6 hava limanında tətillər keçirilir, 900-dən çox reys ləğv edilib. Bu barədə SİA TASS-a istinadən xəbər verir.

Tətilləri Bremen, Frankfurt, Münhen, Düsseldorf, Köln, Bonn və Hannover aeroportlarında yerüstü xidmətlərin işçiləri keçirir. Onlar əmək haqlarının 6 % atırılmasını tələb edirlər.

Tətil nəticəsində Almaniyanın ən iri olan "Lufthansa" aviaşirkəti 900-ə yaxın reyslərini təxirə salıb. Ən çox problem Münhen hava limanında yaşanıb - burada 545 reys ləğv olunub.

Ümümiyyətlə, tətil 87 min sərnişini əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə