Dördgünlük müharibə erməni ordusunun problemlərini göstərdi

Yaxın günlərdə Ermənistan ordusunda yeni istefalar gözlənilir. Bunu Ermənistan parlamentinin müdafiə, milli təhlukəsizlik və daxili işlər məsələləri üzrə komitəsinin sədri Koryun Naapetyan deyib.

"Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndələrinin işdən çıxarılması onu göstəririr ki, onlar öz işində səhvlər buraxıblar. Çıxardılmalar davam edə bilər", - deyə Naapetyan bildirib.

Naapetyananın sözlərinə görə, münaqişə zonasında dördgünlük müharibə operativ reaksiya verilməsi ilə bağlı yeni problemləri üzə çıxarıb. Komitə sədri həmçinin əlavə edib ki, aşkar edilmiş problemlərin həlli üçün yeni qərarlar lazımdır.

Cəbhədə baş verən son hadisələr onsuz da Ermənistanın müdafiə nazirliyinin yarıtmaz fəaliyyətindən narazı olan toplumu bir az da hiddətləndirib. Serj Sarkisyan bu narazılıqdan sonra bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarmaq qərarına gəlib. O, bu barədə əmr imzalayıb.

Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb. İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.

Bu tədbirlərin də Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur. Görünür, ötən gün "Dağlıq Qarabağ münaqişəsi zonasındamüharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi çox azdır" deyən Sarkisyan da ölkəsinin ordusunun, hərbi rəhbərliyinin yarıtmaz fəaliyyətini qəbul etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə