Saakaşvilidən Poroşenkoya xəbərdarlıq

Odessanın qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya vilayətə Milli qvardiya göndərməsi üçün müraciət edib. O bununla bağlı Facebook-da videomüraciət yayıb. Saakaşvili bəyan edib ki, yerli Ukrayna Təhlükəsizlik Xidməti yalnız bir işlə - islahatçılar komandasını izləməklə məşğuldur.

O qeyd edib ki, Ukraynada dövlətin çökməsinin bütün əlamətləri görünür. Saakaşvili bu bəyanatı ilə Odessanın siyasi həyatındakı son hadisələri, o cümlədən şəhər hakimyyəti tərəfdarları ilə əleyhdarlarının meriya binası qarşısındakı qarşıdurmasını nümunə gətirib.

"Bir daha Ukrayna prezidentinə müraciətimlə bizdə qayda-qanun yaratmasına kömək göstərməsini tələb edirəm", - deyə Saakaşvili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...